AZ

Rəqsanə yenə azadlıqdam məhrum edilə bilər

Müğənni Rəqsanə İsmayılovanın "cəsarətli" fotosessiyası ilə başlayan fikir ayrılığı, tərəflərin bir-birinə qarşı ağır ittihamlar səsləndirdiyi hüquqi müstəviyə keçib. Uzun müddətdir davam edən gərginlik, aparıcı Səidə Bəkirqızının məsələni rəsmiləşdirmək qərarı ilə yeni mərhələyə qədəm qoyub.

Mübahisənin fitilini Səidə Bəkirqızının ifaçının "body" geyimində çəkdirdiyi şəkilləri kəskin tənqid etməsi alovlandırıb. Aparıcının bu iradlarına cavab olaraq Rəqsanə İsmayılova sosial media hesablarında qarşı tərəfin şəxsi həyatına dair şok iddialar irəli sürüb və aparıcının atası haqqında təhqiramiz ifadələr işlədib.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Aysel Süleymanova medialoq.az-a açıqlama verib.

O deyib ki, Azərbaycan qanunvericiliyi şəxsin şərəf və ləyaqətinin qorunmasını prioritet sayır:

“Bu cür açıqlamalar “ifadə azadlığı” çərçivəsindən kənara çıxır. Məsələni ağırlaşdıran əsas məqam Müğənni Rəqsanə İsmayılovanın hazırda ev dustaqlığında olmasıdır. Ev dustaqlığında olan şəxs yeni hüquq pozuntularına yol verməməlidir.

Sosial şəbəkələrdə təhqir və ittiham xarakterli paylaşımlar məhkəmə nəzarəti şərtlərinin pozulması kimi qiymətləndirilə bilər. Bu isə qətimkan tədbirinin sərtləşdirilməsinə səbəb ola bilər. Aparıcı Səidə Bəkirqızının məhkəməyə müraciəti hüquqi baxımdan əsaslı görünür. Əgər paylaşımlar sübut kimi təqdim edilərsə, iddia təmin oluna bilər”. 

Hüquqşünas əlavə edib ki, məhkəmə yayılan məlumatların təkzibini tələb edə bilər:

“Müğənni Rəqsanə İsmayılova yeni cinayət tərkibli hərəkət törətmiş hesab olunarsa, ev dustaqlığı sərtləşdirilərək həbs cəzasına çevrilə bilər. Bu, xüsusilə şərəf və ləyaqətin alçaldılması, böhtan və təhqir maddələri ilə əlaqələndirilə bilər.

Azərbaycan Cinayət Məcəlləsinə görə böhtan və ya təhqir səbəbi ilə həbs cəzası ümumiyyətlə 2 ilə qədər azadlıqdan məhrum etmə ilə nəzərdə tutulur, lakin praktikada adətən şərti və ya qısaldılmış müddət tətbiq olunur. Ev dustaqlığındakı şəxsin bu qaydaları pozması isə məhkəməyə sərtləşdirilmiş tədbir tətbiq etmək imkanı verir”.

Bizim.Media 

Seçilən
4
1
bizim.media

2Mənbələr