AZ

Naftalanda yaşıllıqlar inventarlaşdırılır

IDEA İctimai Birliyinin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Naftalanda yaşıllıqların mühafizəsini gücləndirmək, ağacların mövcud vəziyyətini izləmək və onların davamlı şəkildə qorunmasını təmin etmək məqsədilə inventarlaşdırmaya başlanılmışdır.

Bunun üçün ağacların fotoları çəkilir, çəkilmiş şəkillərə GPS koordinatları, tarix, saat və digər identifikasiyaedici məlumatlar əlavə olunur. Hər bir ağac üçün fərdi profil yaradılır və bu profillər vahid sistemə inteqrasiya olunur. Sonra ağaclar barədə məlumatlar www. aqac.az  saytında ictimaiyyətə  təqdim olunur. Bu platforma vasitəsilə Naftalan şəhərində qeydiyyata alınmış ağaclar haqqında bütün məlumatlara asanlıqla əlçatanlıq təmin edilir.

Layihə çərçivəsində Naftalan şəhərində hazırda 400-dən çox ağac inventarlaşdırılmışdır.

S.ƏLİYEV,

"Azərbaycan"

Seçilən
103
azerbaijan-news.az

1Mənbələr