AZ

Ən sağlam çörək hansıdır? - Mütəxəssislər son nöqtəni qoydu

Çörək süfrələrimizin imtina edilməz bir parçası olsa da, ağ çörəyin sağlamlığa zərərləri barədə xəbərdarlıq hər keçən gün artır. Bəs, sağlamlıq üçün ən faydalı seçim hansıdır? Ekspertlər çörək növlərini tərkibinə görə sıralayaraq "ən yaxşını" seçiblər.

Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, ən sağlam çörək növü emal olunmamış, kəpəkli və tam taxıllı unlardan hazırlananlardır.

Tam buğda tərkibindəki rüşeym və kəpək saxlanıldığı üçün lif, B vitaminləri və minerallarla zəngindir.

Çovdar qan şəkərini daha yavaş yüksəldir (aşağı glisemik indeks) və uzun müddət toxluq hissi yaradır.

Xüsusilə ənənəvi üsulla hazırlanan təbii mayalı (sourdough) çörəklər həzm sistemi üçün ən faydalı hesab olunur.

Uzun müddətli mayalanma prosesi çörəkdəki qlüteni parçalayır və həzmi asanlaşdırır.

Təbii maya taxıldakı fitik turşusunu neytrallaşdıraraq bədənin mineralları daha yaxşı sormasına kömək edir.

Ağ çörək emal prosesində lifli hissələrindən tamamilə ayrılır. Bu da aşağıdakı fəsadlara yol açır:

Qan şəkərini sürətlə qaldırıb düşürdüyü üçün tez acmağa səbəb olur.

Boş karbohidrat deposu olduğu üçün piylənmə riskini artırır.

Çörək alarkən onun rənginin qəhvəyi olması sağlam olduğu mənasına gəlmir (bəzən rəngləndiricilərdən istifadə olunur). Tərkibində "tam buğda unu" və ya "tam çovdar unu" ifadəsinin birinci sırada olmasına diqqət etmək lazımdır.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
8
1
milli.az

10Mənbələr