AZ

Bu məlumatı verənə 1 milyon mükafat təyin etdilər

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Almaniyanın paytaxtı Berlində təxminən 100 min nəfəri günlərlə elektriksiz qoyan elektrik şəbəkəsinə hücumla bağlı istintaqa kömək edəcək konkret məlumata görə 1 milyon avro mükafat elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Berlin əyalətinin daxili işlər naziri İris Şpranger Berlin Əyalət Parlamentinin Daxili İşlər Komitəsində cənub-qərbi Berlində elektrik kabellərinə edilən hücum barədə məlumat verib.

Nazir Federal Prokurorluğun bu hücumla bağlı mühüm məlumat təqdim edən şəxslərə 1 milyon avro mükafat təklif etdiyini təsdiqləyib və federal hökumətin bu məbləği uyğun hesab etdiyini bildirib.

Şpranger belə yüksək məbləğin istisna hal olduğunu vurğulayıb:

“Bu, birdəfəlik qərardır. Federal hökumətin indiyədək bu miqyasda mükafat təklif etdiyini xatırlamıram”.

Onun sözlərinə görə, mükafatın məqsədi 3 yanvarda baş verən yanğın hadisəsinə aydınlıq gətirəcək və cinayətkarların kimliyinin müəyyənləşdirilməsinə kömək edəcək məlumatların əldə olunmasıdır. O, hücumu “terror aktı” kimi qiymətləndirib.

Qeyd edək ki, 3 yanvarda elektrik xətlərinə edilən hücumdan sonra Berlinin cənub-qərbində təxminən 100 min sakin İkinci Dünya Müharibəsindən bəri ən uzun elektrik kəsintilərindən biri ilə üzləşib. Nəticədə təxminən 50 min ev təsərrüfatı günlərlə elektrik və istilikdən məhrum qalıb.

Hücuma görə məsuliyyəti solçu “Vulkan” qrupu öz üzərinə götürüb. Federal Prokurorluq isə hadisə ilə bağlı terrorizm şübhəsi ilə istintaqa başladığını açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
1
qafqazinfo.az

2Mənbələr