AZ

Yaponiyada güclü qar səbəbindən minlərlə insan gecəni hava limanında keçirdi

Bakı. Trend:

Güclü qar yağışı səbəbindən uçuşların ləğvi və yerli nəqliyyatınpozulması səbəbindən təxminən iki min insan Hokkaydo vilayətininSapporo şəhərindəki Şin-Çitose hava limanında gecələməkməcburiyyətində qalıb.

Trend-in məlumatına görə, oxşar vəziyyət bir gün əvvəl də buradayaranmışdı.

Yaponiya İctimai Televiziyası bildirib ki, insanlar yerdəyatmağa məcbur qalıb - hava limanı rəhbərliyi bu məqsədlə döşəklərvə yataq torbaları təmin etdi.

Qeyd edək ki, son bir neçə gündür Yaponiyanın şimalında güclüqar yağışı davam edir, bəzi bölgələrdə yağıntı miqdarı yanvar ayıüçün rekord həddə çataraq 72 sm-ə çatıb.

Seçilən
182
az.trend.az

1Mənbələr