AZ

Pentaqon USS Abraham Lincoln aviadaşıyıcısının Hind okeanında olduğunu təsdiqləyib

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "USS Abraham Lincoln" nüvə aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupunun Hind okeanı akvatoriyasında tapşırıqlar yerinə yetirdiyini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə CENTCOM-un "X" səhifəsində məlumat verilib.Qeyd olunur ki, yanvarın 26-da Hind okeanında hərəkət edən "USS Abraham Lincoln" aviadaşıyıcısının göyərtəsində xidmət edən dənizçilər planlı texniki xidmət işləri həyata keçirir.

Açıqlamada vurğulanır ki, aviadaşıyıcı zərbə qrupu hazırda Yaxın Şərqdə regional təhlükəsizlik və sabitliyin təmin edilməsinə dəstək məqsədilə yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
1
apa.az

2Mənbələr