AZ

Upamekano gələcəyi ilə bağlı qərarını verib

Almaniyanın “Bavariya” klubunun idman direktoru Maks Eberl müdafiəçi Dayo Upamekanonun gələcəyi ilə bağlı açıqlama verib. 

90deqiqe.Az xəbər verir ki, jurnalist Florian Plettenberq Eberlinin sözlərini belə çatdırıb:

“Biz Upamekanonun cavabını gözləyirik.”

27 yaşlı futbolçunun mövcud müqaviləsi cari mövsümün sonunadək qüvvədədir.

Əvvəlki məlumatlara görə, “Bavariya” Dayo Upamekano üçün yeni müqavilədə təklifini artırmaq niyyətində deyil.

Fransız futbolçu klubun heyətində ümumilikdə 176 oyuna çıxıb, bu görüşlərdə 6 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
22
90deqiqe.az

1Mənbələr