AZ

"İrana qarşı xarici müdaxilənin qəti əleyhinəyik" - AKP rəsmisi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik rəsmi Ankaranın İran ətrafındakı vəziyyətlə bağlı mövqeyini açıqlayıb.O bəyan edib ki, "İrana hər hansı xarici müdaxilənin qəti əleyhinəyik. Bu, son dərəcə yanlış addım olar." SİTAT: “Hər bir xarici müdaxilə son dərəcə ağır nəticələrə gətirib çıxarır.
Ölkə rəhbərlərinin hədəfə alınması, Venesuela nümunəsində olduğu kimi və ya hazırda İranla bağlı xəbərlərdə tez-tez gündəmə gəldiyi kimi, silah yolu ilə rejimləri dəyişməyə cəhd etmək dünyanın heç bir yerində çıxış yolu olmayıb. Belə addımlar daha böyük problemlər və böhranlar yaradır”, - Çelik qeyd edib.

Mətləb

Seçilən
68
3
sia.az

4Mənbələr