AZ

Siyasətin qadınları: Kaja Kallas və Ursula fon der Leyen nə üçün yola getmirlər?

Avropa Birliyinin xarici işlər naziri Kaja Kallas Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni arxasınca “diktator” adlandırıb.

Bu barədə “Politico” məlumatlı rəsmilərə istinadən 26 yanvarda məlumat verib. Nəşrin məlumatına görə, fon der Leyenin əvvəlki Aİ baş diplomatı Josep Borrell ilə münasibətləri çox pis olub, lakin Kallasla bağlı “vəziyyət daha mürəkkəbdir”. Keçən il Kallasın Aralıq dənizi direktorluğu ləğv edilib, çünki Komissiya Yaxın Şərq, Şimali Afrika və Fars körfəzi üçün ayrıca Baş Direktorluq yaradıb. Məqalədə deyilir ki, eyni zamanda, Avropa Komissiyası Avropa Xarici Fəaliyyət Xidmətinin özünün kiçildilməsi planları üzərində işləyir.

Mövqeyini gücləndirmək üçün Kallas nüfuzlu Martin Sellmayer-i keçmiş Komissiya prezidenti Jan-Klod Yunkerin keçmiş aparat rəhbərinin müavini təyin etməyə çalışıb. Lakin, nəşr qeyd edir ki, fon der Leyen bu qərarı bloklayıb. “Politico” qəzeti yüksək vəzifəli bir məmurun sözlərinə istinadən yazır: “Kallas tez-tez onun [fon der Leyenin] ”diktator” olduğunu vurğulayır. Amma bu barədə edə biləcəyi çox şey yoxdur.”
Nəşr həmçinin qeyd edir ki, Kallas kiçik Estoniyadandır və onun siyasi qüvvəsi Avropa Parlamentində zəif mövqeyə malikdir. Bu, onun təsirini Borrellin təsirindən daha da az edir. Kallasın ofisi vəziyyətlə bağlı şərh verməkdən imtina edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
34
editor.az

1Mənbələr