Bakı. Trend:
Bolqarıstanın Kyustendil şəhərindən Sofiyaya gedən sərnişinqatarı torpaq sürüşməsi nəticəsində relslərə düşən qayalaraçırpılaraq relsdən çıxıb.
Trend-in məlumatına görə, bu barədə Bolqarıstan MilliTeleviziyası xəbər verib.
Məlumata əsasən, hadisə yerli vaxtla saat 17:00 radələrindəgüclü yağış zamanı torpaq və qaya kütləsi dəmir yolunun üzərinədüşərkən baş verib. Xəsarət alan olmayıb.
Ərazidə təcili yardım briqadaları işləyir. Xəttdə nəqliyyatınhərəkəti müvəqqəti olaraq dayandırılıb.