AZ

ABŞ-a yağan güclü qar səbəbindən ölənlərin sayı 18-ə çatıb  

ABŞ-a yağan güclü qar səbəbindən ölənlərin sayı 18-ə çatıb.

AZƏRTAC-ın məlumatına görə, mərkəzi, şərqi və cənub ştatları əhatə edən qarın hündürlüyü əksər bölgələrdə 20-30 santimetr olub.

Müxtəlif ştatlarda 800 min insan elektrik enerjisiz qalıb. Bazar ertəsi 4000 uçuş təxirə salınıb. Ötən gün bu rəqəm 11 min olub.

Qeyd edək ki, bu, ABŞ-da son 10 ilin ən güclü qar yağması kimi qiymətləndirilir.

Seçilən
39
3
azerbaijan-news.az

3Mənbələr