“Heç vaxt “heç vaxt” demə. İndi çox məşğulam – dörd uşağım var. Hazırda bu yöndə heç bir şansım yoxdu. Ancaq vaxtilə Stefan Edberq də eyni sözü deyirdi”.
44 yaşlı isveçrəli indi özünü əla hiss etdiyini və ailəsi ilə keçirdiyi vaxtdan ləzzət aldığını deyib.
Federer 2022-ci il sentyabrın 15-də karyerasını bitirdiyini elan edib, sonuncu oyunu isə elə həmin il sentyabrın 23-də Leyver kubokunda keçirib.