Dövlət Statistika Komitəsi turizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb. Qeyd edilib ki, 2024-cü illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,3 faiz azalaraq 2 milyon 109,9 min nəfər olub. Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 20,4 faiz, İrana gedənlərin sayı 9,2 faiz artıb, Rusiyaya gedənlərin sayı 31,5 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,6 faiz azalıb. Azərbaycan vətəndaşlarının 41,2 faizi Türkiyəyə, 14,5 faizi Rusiyaya, 10,7 faizi Gürcüstana, 9,7 faizi İrana, 23,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,5 faizi kişi, 36,5 faizi isə qadındır.
Publika.az xəbər verir ki, deputat Ceyhun Məmmədov Musavat.com-a müsahibəsində açıqlanan rəqəmlərin ciddi rəqəmlər olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, bu gün təyyarə vasitəsilə İrana səfər edənlər çoxdur: