AZ

Əmək pensiyaları bu qədər arta bilər - Rəqəmlər açıqlandıVİDEO

Əmək pensiyalarının nə qədər artacağı ehtimalı açıqlanıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə illik inflyasiya səviyyəsi 5.6 faiz olub.

Məhz bu göstərici pensiya kapitalının indeksləşdirilməsi zamanı əsas götürülür. Qanunvericiliyə əsasən, pensiya sistemi iki əsas istiqamət üzrə yenilənir.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramov bildirib ki, vətəndaşların həm aylıq əmək pensiyaları artacaq, həm də fərdi hesablarda toplanan pensiya kapitalları indeksləşdiriləcək.

Vətəndaşları daha çox maraqlandıran məsələ aylıq pensiya məbləğidir. Aylıq əmək pensiyaları pensiya kapitalından fərqli mexanizm əsasında artırılır. Bu artım inflyasiyaya deyil, əvvəlki ildə ölkə üzrə orta aylıq əmək haqqının artım faizinə uyğun hesablanır. Gözləntilərə görə, 2026-cı ilin əvvəlində əmək pensiyalarında 9,2, pensiya kapitallarında isə 5,6 faiz artım olacaq.

Beləliklə, 2026-cı ilin əvvəlində pensiyaçıların aylıq gəlirlərində nəzərəçarpan artım gözlənilir. Rəsmi sərəncamın isə yaxın günlərdə imzalanacağı bildirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
50
xezerxeber.az

1Mənbələr