“Şamaxı” “Qəbələ”dən gözlənilməz zərbə aldı. Əslində “Qəbələ” mövsümün ilk yarısında yetərincə yaxşı oynadığından, bunun gec-tez nəticədə əksini tapacağını da düşünmək olardı. Amma daha səfərdə “Şamaxı”nı 4:0 hesabıyla məğlub etməyi yox da!
“Şamaxı” bu mövsüm ikinci dəfə evində 4 top buraxdı. Digər oyun da elə autsayderlərdən biri “Kəpəz”ə qarşı olmuşdu. Bu oyunda isə “Qəbələ” “Şamaxı”nı darmadağın etdi.
1-ci qolda Akinadenin ötürməsindən sonra Enrike kobud səhvə yol verdi. Birbaşa müdafiənin səhvindən buraxılan qol idi.
2-ci qol standart vəziyyətdən vuruldu. Tək günahkar Amoahla mübarizə aparan Enrike idi.
3-cü qolda mübarizəni uduzan, bilirsiz, kimdi? Yenə də Enrike. Əks-hücumda Şahin Şahniyarovun ötürməsinin qarşısını ala bilmədi, sürətdə uduzdu.
4-cü qol da əks-hücumda buraxıldı. Burda isə günahkar axtarmaq düzgün olmaz.
Bir sözlə, “Şamaxı” beton müdafiəni yara bilmədi, əks-hücumlarda cəzalandı. Cari mövsümdə bir neçə dəfə bunun şahidi olmuşuq. Bu oyunda isə həmçinin Kaxaber Sxadadze həmkarı Ayxan Abbasova qalib gəldi.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta