AZ

BMT-nin İnkişaf Proqramı Ermənistanda 100 milyon dollar büdcəli yeni proqram başladır

BMT-nin İnkişaf Proqramı Ermənistanda 2026-2030-cu illər üçün ümumi büdcəsi 100 milyon dollar olan yeni əməkdaşlıq proqramı başladır.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV BMT-nin İnkişaf Proqramının bu ölkədəki daimi nümayəndəsi Natiya Natsvlişviliyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, yeni proqram Ermənistan hökuməti ilə məsləhətləşmədən sonra hazırlanıb:

"Bu proqram sosial-iqtisadi inkişafı, demokratik idarəetməni, iqtisadi artımı, iqlim dəyişikliyi ilə mübarizəni, gender bərabərliyini və innovasiyaları əhatə edir".

Seçilən
24
far.az

1Mənbələr