AZ

İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb

Bakı. Trend:

2025-ci ildə Azercell-in dəstəyi ilə fəaliyyət göstərən“Qadın Dəstək Xətti” 4000-ə yaxın qadına dəstəkgöstərib

Qadınların təhlükəsizliyi, hüquqlarının qorunması və sosialrifahının gücləndirilməsi istiqamətində Azercell-in dəstəyi iləfəaliyyət göstərən “Qadın Dəstək Xətti”nə olan müraciətlərin sayıson bir il ərzində əhəmiyyətli dərəcədə artıb. 2024-cü ildə xidmətə1623 müraciət daxil olduğu halda, 2025-ci ildə bu göstərici 4000-əyaxın olub. Təxminən 2,5 dəfəlik artım qadınların mövcud dəstəkvasitələrinə etimadının gücləndiyini əks etdirir.

Statistikaya əsasən, müraciətlərin əksəriyyəti psixoloji dəstək,zorakılıq halları və hüquqi yardımla bağlı olub. Belə ki, ilərzində qeydə alınan müraciətlərin 1105-i psixoloji dəstəyə, 655-izorakılıq halları üzrə daxil olub. Zorakılıqla bağlı müraciətlərinəsas hissəsini məişət zorakılığı təşkil etsə də, kiberzorakılıqlabağlı 101 müraciət qeydə alınıb ki, bu da həmin istiqamət üzrəartımı əks etdirir. Eyni zamanda 583 müraciət hüquqi yardıma, 336boşanma prosesində yaranan çətinliklərə, 267 sosial və maddi rifahməsələlərinə, 257 sığınacaqla təmin olunma, 207 isə təhsilmövzularına aid olub.

Bununla yanaşı, insan alveri ilə bağlı 77 müraciət qeydə alınıb.Bu müraciətlər əsasən evdən qaçma, diləndirilmə, erkən nikah vəəməyin istismarı halları ilə bağlı olub. Səhiyyə hüquqları iləəlaqədar isə 47 müraciət daxil olub.

Müraciətlərin təhlili göstərir ki, qadınlar fiziki, psixoloji,cinsi zorakılıq və etinasızlıq kimi müxtəlif zorakılıq növləri iləüzləşirlər. Bir sıra hallarda müraciətçilər yalnız bir zorakılıqnövü ilə qarşılaşsa da, əksər müraciətlərdə bir neçə zorakılıqformasının paralel şəkildə müşahidə olunduğu müəyyən edilib. Bukontekstdə intiharla bağlı 32 müraciətin qeydə alınması qadınlarınkompleks və çoxşaxəli dəstəyə ehtiyac duyduğunu açıq şəkildəgöstərir.

Bunları nəzərə alaraq 2025-ci il ərzində qadınlara dəstəkmexanizmlərinin gücləndirilməsi istiqamətində genişmiqyaslı “Oflaynqadınlar” sosial layihəsi də həyata keçirilib. Azercell 25 Noyabr –Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü və BMT-nin“Narıncı Gün” təşəbbüsü çərçivəsində “Ümidli Gələcək” İctimaiBirliyi ilə əməkdaşlıqda bu təşəbbüsü təqdim edib.

Layihənin əsas məqsədi qadınlara qarşı zorakılıq probleminəictimai diqqəti artırmaq, eyni zamanda çətin həyat şəraitindəyaşayan və mövcud dəstək resursları barədə kifayət qədər məlumatıolmayan qadınlar üçün əlçatan və təhlükəsiz müraciət imkanlarıyaratmaqdır.

Bu çərçivədə istifadəyə verilən oflaynqadinlar.az platformasızorakılıq, psixoloji, iqtisadi və digər hallar zamanı Azərbaycanqanunvericiliyinə uyğun atılmalı addımlar barədə sistemli vəetibarlı məlumat təqdim edir. Platforma qadınlara öz hüquqlarıhaqqında məlumat almaq, videomateriallar vasitəsilə ilkin psixolojivə sosial dəstək imkanları ilə tanış olmaq, psixoloji testlərdənkeçmək və onlara yardım göstərə biləcək müvafiq qurumlar barədədolğun informasiya əldə etmək imkanı yaradır.

2025-ci il ərzində həyata keçirilən təşəbbüslər çərçivəsində“Qadınlara Dəstək Xətti” broşürü Meksikanın Azərbaycandakısəfirliyinin dəstəyi ilə ispan dilinə tərcümə olunaraq təqdimedilib.

Qeyd edək ki, Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın DəstəkXətti” 2022–2025-ci illər ərzində ümumilikdə 12 000-çox müraciətqəbul edib.

“Qadın Dəstək Xətti” Azercell və Azərbaycan RespublikasınınAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindənhəyata keçirilir. Qadınların sosial dəstək ekosisteminingenişləndirilməsi Azercell-in korporativ sosial məsuliyyətstrategiyasının əsas prioritetlərindən biri olaraq qalır.

Məqalədə:
Seçilən
93
10
az.trend.az

3Mənbələr