AZ

Xocəsəndəki marşrut avtobusunun vəziyyətindən vətəndaşlar NARAZIDIR ŞİKAYƏT FOTO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İctimai nəqliyyat şəhər həyatının ayrılmaz hissəsi olmaqla minlərlə insanın gündəlik hərəkət ehtiyacını qarşılayır. Xüsusilə paytaxtda avtobus marşrutları vətəndaşların işə, təhsilə və digər istiqamətlərə rahat və təhlükəsiz şəkildə çatmasında mühüm rol oynayır. Bu səbəbdən, ictimai nəqliyyatda xidmət keyfiyyəti, nəqliyyat vasitələrinin texniki vəziyyəti və sərnişinlərin rahatlığı daim diqqət mərkəzində olmalıdır. Lakin bəzi marşrutlarda mövcud vəziyyət bu tələblərə tam cavab vermədiyini göstərir.

Avtosfer.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu Xocəsən qəsəbəsində Yeni yaşayış massivi və “Xocəsən” metro stansiyası istiqamətində hərəkət edən 155 nömrəli marşrut avtobuslarının texniki vəziyyəti ciddi narahatlıq doğurub. Marşrutdan gündəlik istifadə edən sərnişinlərin sözlərinə görə, avtobuslar uzun müddətdir istismar olunduğundan köhnəlib, baxımsız vəziyyətdədir və müasir tələblərə cavab vermir. Qapıların sınıq olması, oturacaqların əksəriyyətinin yararsız vəziyyətə düşməsi, salonun ümumi vəziyyətinin isə qənaətbəxş olmaması sərnişinlərin narazılığına səbəb olub.

Xüsusilə uzun məsafə qət edən və səhər-axşam saatlarında bu marşrutdan istifadə edən vətəndaşlar üçün mövcud vəziyyət əlavə çətinlik yaradır.  Avtobuslarda rahat oturmaq mümkün deyil, bəzi hallarda təhlükəsizlik kəmərləri və tutacaqlar da nasaz vəziyyətdə olur. Bu isə həm yaşlılar, həm də uşaqlı ailələr üçün ciddi risklər yaradır.

Mövcud vəziyyət ictimai nəqliyyatda xidmət səviyyəsinin nə dərəcədə qənaətbəxş olması məsələsini yenidən gündəmə gətirir. Bəs görəsən 155 nömrəli marşrut avtobusları nə zaman yenilənəcək? Vətəndaşlar aidiyyəti qurumlardan, eləcə də daşıyıcı şirkətdən problemin həllini tələb edib.

Nurcan Babək

Oxunub 110

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
avtosfer.az

1Mənbələr