“Liverpul”un oyunlarına baxmışıq. Çempionatda bəlkə də istədikləri qədər uğurlu nəticələri yoxdur, amma Çempionlar Liqasına baxsaq, ilk səkkizlikdə yer aldıqlarını görərik. Ən çox xal toplayan komandalardan biridir. Futbolçuları bir-birini çox yaxşı anlayır. Ümumilikdə isə sıx qrafikdə çıxış edirlər”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İngiltərə yollanarkən jurnalistlərə açıqlamasında deyib. O, daha sonra belə davam edib:
“Əlbəttə, digər komandalar da onlara qarşı daha ciddi hazırlaşırlar. Çempionlar Liqasında iştirak edən komandaların 80–90 faizi demək olar ki, eyni vəziyyətdədir. Biz də sıx qrafikə görə çempionatda o qədər də inamlı çıxış etmirik. Ümumilikdə baxsaq, hər iki komandanın durumu oxşardır”.