AZ

Niyaməddin Musayev: “Siz öz balanız üçün iş axtarmazsınız?”

“Hamı belə edər də. Nə qədər düşüncəsiz insanlar var".

"Yeni Sabah" pravda.az-a istinadla xəbə verir ki, bunu Xalq artisti Niyaməddin Musayev deyib.

O, qızının FHN-də işləməsi ilə bağlı xəbərlərə münasibət bildirərkən nazirliyə gedib onun işə götürülməsini xahiş etdiyini deyib.

Xalq artistini dəstəkləyənlərlə yanaşı, nüfuzundan istifadə edərək bu işi ördüyü üçün tənqid edənlər də az deyil.

N. Musayev bu işdə tənqid olunacaq məsələnin olmadığını bildirib:

“Hamı belə edər də. Nə qədər düşüncəsiz insanlar var. Siz olsanız öz balanız üçün iş axtarmazsınız, deməzsiniz? Onlar da sağ olsunlar, məni sındırmadılar, imtahan edib işə götürdülər. Bundan yaxşı nə var?!”


Telegram kanalımız
Seçilən
30
3
yenisabah.az

4Mənbələr