AZ

Yelena Parxomenko beynəlxalq yarışa təyinat alıb

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yelena Parxomenko Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə beynəlxalq yarışa təyinat alıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, o, qadın voleybolçular arasında keçirilən CEV Kubokunun pley-off mərhələsinin oyununda iştirak edəcək.

Parxomenko yanvarın 27-də İstanbulda təşkil olunacaq “Qalatasaray” (Türkiyə) - “Allianz” (Almaniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.

Görüşün baş hakimləri portuqaliyalı Nunu Maia və kiprli Andreas Daniil olacaq.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
77
2
icma.az

2Mənbələr