AZ

Oleq Bakinski ilə birgə ittiham olunan Ukraynada nazir müavini olmuş şəxs amnistiyaya düşüb

Oleq Bakinski (Oleq Krapivin) ilə birgə ittiham olunan Ukraynanın müdafiə sənayesinin sabiq naziri Konstantin Kuçerə Amnistiya aktı şamil olunub...

Poliqon xəbər verir ki, Ədliyyə Nazirliyi Probasiya xidmətinin bununla bağlı təqdimatına Qaradağ rayon Məhkəməsində baxılıb.

Hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Konstantin Kuçerin cəzası 6 ay azaldılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Konstantin Kuçerə ittiham olunduğu 178.4-cü maddə üzrə bəraət verilib. İttiham olunduğu 221.3-cü maddə üzrə isə qəti olaraq 2 il 6 ay müddətinə həbs cəzası təyin edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Oleq Krapivinə isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onunla bağlı Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib, 6 ay sınaq müddəti seçilməklə cəzası şərti hesab olunub. Ona Amnistiya aktı şamil olunub və Xətai rayon məhkəməsinin qərarı ilə şərti cəzadan azad edilib.

Qeyd edək ki, “Oleq Bakinski” 2024-cü ildə Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb. Barəsində ibtidai istintaqda seçilmiş həbs qətimkan tədbiri məhkəmənin gedişində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinib. Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham verilib.

Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.

Poliqon.info

Seçilən
58
25
poliqon.info

10Mənbələr