AZ

Naqif Həmzəyev Türkiyədə mükafata layiq görüldü

Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev Türkiyədə mükafata layiq görülüb.

"Cebheinfo.az" xəbər verir ki, İpək Yolu İctimai Diplomatiya və İqtisadi Əməkdaşlıq Təşkilatı ilə Beynəlxalq İpək Yolu Jurnalı tərəfindən İstanbul Boğazında təşkil olunan "Türk Dünyası Mükafatları” mərasimində Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev Türk dünyasının birliyinə verdiyi töhfələrə görə mükafata layiq görülüb.

Beşiktaşda keçirilən tədbirdə siyasət, diplomatiya, akademiya, iş dünyası, mədəniyyət-incəsənət və media sahəsinin tanınmış nümayəndələri iştirak ediblər. 

Mərasimdə çıxış edən natiqlər Türk dünyasının ortaq tarix, mədəniyyət və gələcək vizyonu əsasında daha da güclənəcəyini vurğulayıblar.

Tədbirdə Naqif Həmzəyevin Türkiyə–Azərbaycan qardaşlığının möhkəmlənməsi və Türk dünyası arasında əməkdaşlığın inkişafı istiqamətində fəaliyyəti xüsusi qeyd olunub və bu xidmətlərinə görə ona mükafat təqdim edilib.

"Cebheinfo.az"

Seçilən
64
cebheinfo.az

1Mənbələr