AZ

Güclü qar Almaniyada nəqliyyatın işinə çətinlik yaradıb

Güclü qar Almaniyada nəqliyyatın işinə çətinlik yaradıb

Güclü qar yağışı Frankfurt-na-Mayn Beynəlxalq Hava Limanında 79 reysin ləğvinə səbəb olub və Almaniyanın bəzi bölgələrində şiddətli hava şəraiti səbəbindən nəqliyyatın hərəkəti iflic olub.

AFN.az "Bild" qəzetinə istinadən xəbər verir ki, Ştutqart Hava Limanında uçuşlarda gecikmələr qeydə alınıb. Hannover Hava Limanı da hazırda çətin vəziyyətlə üzləşib.

Ölkənin cənub-qərbindəki Heilbronn bölgəsində qar yağışı səbəbindən onlarla yük maşını avtobanda ilişib qalıb. Dünən gecə A6-dan A81-ə aparan hissə müvəqqəti olaraq bağlanıb. Səhərə qədər Almaniyada qar yağışı səbəbindən yüzlərlə yol-nəqliyyat hadisəsi baş verib. Berlin kimi bəzi bölgələrdə isə buzlu hava və dondurucu yağış səbəbindən nəqliyyatın işində ciddi problemlər yaranıb. Təkcə Ştutqartda təxminən 70 qəza baş verib.

"Deutsche Bahn" dəmir yolu nəqliyyatında, o cümlədən qatarların gecikməsi və ləğvi ilə bağlı fasilələr barədə məlumat verib. Berlin və Rostok, eləcə də Berlin və Ştralsund arasındakı marşrutlarda qatar xidməti tamamilə dayandırılıb. Almaniyanın paytaxtında tramvaylar işləmir və bəzi metro xətlərində xidmət dayandırılıb.

Seçilən
33
afn.az

1Mənbələr