AZ

İrandan idxal azalarsa, qiymətlər qalxa bilər? AÇIQLAMA

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

İranda baş verən siyasi və sosial proseslər, eyni zamanda ölkəyə qarşı sanksiya təzyiqlərinin artması regionda iqtisadi risklərlə bağlı narahatlıqları gücləndirib. İranla sıx coğrafi və ticarət əlaqələri olan Azərbaycan üçün bu proseslərin mümkün təsirləri xüsusi maraq doğurur. Müzakirələr əsasən ixrac-idxal əlaqələrinin davamlılığı, məhsul tədarükü və daxili bazarda qiymətlərin sabitliyi üzərində cəmləşir.

İranda yaşanan gərginlik və sanksiya təzyiqləri Azərbaycanın daxili bazarına və ticarət əlaqələrinə necə təsir edəcək?

ReAL partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli “AzPolitika”ya açıqlamasında bildirib ki, Azərbaycanla İran arasında ticarət dövriyyəsi təxminən 500-550 milyon dollar civarındadır.

Ekspertin sözlərinə görə, İran Azərbaycanla ticarətdə ölkələrin sıralamasında ilk 15-liyə daxil deyil: “Biz İrandan daha çox mal alırıq, nəinki satırıq. Təqribən 50 milyon dollarlıq məhsul ixrac edirik. İrandan isə Azərbaycana 450-500 milyon dollar dəyərində mal gəlir”.

Ekspert qeyd edib ki, İrandan idxal olunan məhsullar əsasən ərzaq məhsulları, məişət kimyası və tikinti materiallarıdır:

“Bu məhsullar ucuz olduğuna görə bazarda qiymətlərin tənzimlənməsinə müsbət təsir göstərir. Əgər İranla ticarət əlaqələrində problemlər yaranarsa və idxal azalarsa, bu məhsulları əvəz etmək mümkündür. Alternativ olaraq Türkiyə və Çin istehsalı olan məhsullar bazara çıxarıla bilər. Lakin bəzi tikinti materialları, məişət kimyası və ərzaq məhsullarında qiymət artımı müşahidə oluna bilər”, – deyə N.Cəfərli vurğulayıb.

Oğuz Ayvaz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
azpolitika.info

1Mənbələr