“Yuventus”un hücumçusu Duşan Vlahoviç yanvar transfer pəncərəsində klub dəyişə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Vlahoviçlə “Çelsi”, “Tottenhem” və “Milan”ın maraqlandığını bildirir. Serbiyalı forvard karyerasını İngiltərədə davam etdirməyi üstün tutur.
Cari mövsümdə Vlahoviç A Seriyasında 13 oyunda 3 qol, 1 məhsuldar ötürmə əldə edib.
Onun “Yuventus”la müqaviləsi 2025/26 mövsümünün sonuna qədərdir.