Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhərinin Xətai rayonu, M.Rüstəmov küçəsində avtomobil təmirisexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Trend xəbərverir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in DövlətYanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğınınbir-birinə bitişik tikilmiş 12 boksdan ibarət avtomobil təmirisexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyənedilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğıngenişlənməsinə, o cümlədən bokslara və ərazidə yerləşən mebelsexinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 5kv.m. olan gözətçi köşkünün vəsexin ərazisində təmirə dayanmış “VAZ-2107” markalı minikavtomobilinin yanar konstruksiyaları yanıb.
Avtomobil təmiri sexi, bitişik yerləşən mebel sexi və ərazidəpark edilmiş digər avtomobillər yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.