Bakı. Trend:
Azərbaycan və İsrail strateji tərəfdaşlığı yeni səviyyəyəqaldırmaq niyyətindədir.
Trend xəbər verirki, bunu İsrailin Xarici İşlər Naziri Gideon Saar bu gün Bakıdakeçirilən Azərbaycan-İsrail biznes forumunun gedişində deyib.
“Biz qarşılıqlı investisiyaları artırmağa və insanlar arasındatəmasları inkişaf etdirməyə can atırıq. Əminəm ki, bu bizdəalınacaq”, -deyə o bildirib.
Onun sözlərinə görə, İsrail və Azərbaycan regionlarda sabitliyindayağıdır və inkişaf etmiş iqtisadiyyatlara malikdirlər.
G. Saar qeyd edib ki, 2025-ci ildə iki ölkə arasında ticarətdövriyyəsi təxminən 50 faiz artaraq 360 milyon ABŞ dollarınıötüb.
“Əminəm ki, gələn il və sonrakı illərdə bu göstəricilər daha dayüksək olacaq. Lakin hazırkı artım da əhəmiyyətlidir”, – deyəİsrailli XİN başçısı bildirib.
Onun sözlərinə görə, Azərbaycan önəmli regional – coğrafimövqeyə malikdir.