AZ

Ramos və tərəfdaşları “Sevilya”nı bu qiymətə alır

“Real Madrid” və İspaniya millisinin keçmiş müdafiəçisi Serxio Ramos “Five Eleven Capital” ilə birlikdə “Sevilya” səhmdarları ilə klubu almaq üçün prinsipial razılığa gəlib.

Publika.az xəbər verir ki, bu barədə “Carrusel Deportivo” məlumat yayıb.

39 yaşlı keçmiş futbolçu və tərəfdaşları hazırda “Sevilya”nın maliyyə hesabatlarını nəzərdən keçirir və bir neçə ay ərzində müqaviləni bağlamağı planlaşdırırlar.

Mənbənin məlumatına görə, klubu almaq təklifi 450 milyon avro olub və səhmdarlar tərəfindən təsdiqlənib.

Ramos 2003-cü ildən 2005-ci ilə qədər və 2023/24 mövsümündə “Sevilya”da oynayıb.

Seçilən
93
publika.az

1Mənbələr