AZ

Gəncədə “İkinci Həyat” adlı bədii layihə çərçivəsində yaradıcılıq vorkşopu və sərgi keçirilib - FOTO

Gəncə şəhərində  "İkinci Həyat" adlı bədii layihə çərçivəsində yaradıcılıq vorkşopu və sərgi keçirilib. Tədbirdə Bakı və Gəncə şəhərlərindən olan rəssamlar iştirak edərək ənənəvi Azərbaycan xalçaları üzərində bədii əsərlər yaradıblar. Vorkşop canlı show formatında baş tutub. Ziyarətçilər yalnız yaradıcılıq prosesini izləməklə kifayətlənməyib, eyni zamanda rəssamlarla birbaşa ünsiyyətdə olaraq prosesə fəal şəkildə cəlb olunublar.

Layihə Arts Council Azerbaijan və Black Mountains College təşkilatçılığı ilə və  British Council, "Səyahət" İctimai Birliyi, "Gence Mall" və Dünya Məktəbinin dəstəyi ilə təşkil olunub. "İkinci Həyat" layihəsinin əsas məqsədi beynəlxalq mədəni əməkdaşlığın inkişafı, eləcə də müasir incəsənət ilə ənənəvi sənət formaları arasında dialoqun qurulmasıdır. Layihənin müəllifləri Sona Quliyeva və Dadaş Məmmədovdur.

Layihə çərçivəsində köhnəlmiş, ilkin görünüşünü itirmiş və bərpası mümkün olmayan Azərbaycan xalçaları ənənəvi və müasir yanaşmaların vəhdəti ilə yenidən sənət əsərinə çevrilir. Bu yanaşma mədəni irsin müasir dövrdə yeni məna və ifadə forması qazana biləcəyini göstərir.

Çıxış zamanı mədəniyyət xadimi Dadaş Məmmədov regionlarda fəaliyyət göstərən qadın rəssamların müasir incəsənətin inkişafında fəal iştirakı və mühüm rolunu xüsusi olaraq vurğulayıb.

Açıq formatda təşkil olunan tədbir yaradıcılıq prosesini ictimai məkanda canlı mədəni hadisəyə çevirərək rəssamlar və tamaşaçılar arasında birbaşa və səmimi əlaqə yaradıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
1
1
milli.az

2Mənbələr