Bakı.Trend:
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətiBəhreynli həmkarı Ali bin Fadhel Al Buainainin dəvəti ilə yanvarın24-26-da Manama şəhərinə işgüzar səfərdə olub.
Trend xəbərverir kİ, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Bəhreyn Dövlət Prokurorluğunda keçirilmiş görüşdəBaş prokuror Kamran Əliyev dəvətə görə təşəkkürünü bildirərək qeydedib ki, Bəhreyn Krallığı Azərbaycan üçün dost ölkədir və uzunillər ərzində müxtəlif beynəlxalq platformalarda ölkəmizin siyasitəşəbbüslərini, o cümlədən ərazi bütövlüyünü qətiyyətlədəstəkləmişdir. Son illərdə ölkələrimiz arasında qarşılıqlıəlaqələr dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsindədaha da inkişaf edib.
Öz növbəsində Ali bin Fadhel Al Buainainin qurumlararasıtərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadəedərək, daha öncə ölkəmizə etdiyi işgüzar səfərlərin xüsusiləyaddaqalan olmasını qeyd edib.
Görüşdə 2024-cü ilin oktyabr ayında iki ölkənin prokurorluqlarıarasında imzalanmış Anlaşma Memorandumu qeyd edilərəkcinayətkarlığın müxtəlif formalarına qarşı, o cümlədən ekstradisiyavə cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrindəpraktiki əməkdaşlıq məsələləri, həmçinin, hüquqi və institusionaləməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çəçrivəsindəgenişləndirilməsi perspektivləri, eləcə də qarşılıqlı təlimsəfərlərinin təşkili və təcrübə mübadiləsi ətrafında da fikirmübadiləsi aparılıb.
Daha sonra nümayəndə heyəti Bəhreyn Dövlət Prokurorluğununfəaliyyəti ilə yaxından tanış olub, ailə və uşaq hüquqlarınınqorunması, alternativ cəzaların tətbiqi və cəzaların icrasıüzərində prokuror nəzarəti, mülki işlərdə dövlət maraqlarınınmüdafiəsində prokurorluğun rolu, həmçinin məhkumların sosialreabilitasiyası ilə bağlı Bəhreyn Dövlət Prokurorluğunun təcrübəsibarədə məlumat verilib.
Bundan sonra nümayəndə heyəti ilə Bəhreyn Krallığının KassasiyaMəhkəməsinin sədri və Ali Məhkəmə Şurasının vitse-prezidenti ŞeyxXalid Ali Al Xalifa arasında görüş keçirilib.
Görüş zamanı ölkələrimizin hüquq sistemləri arasında intensiv vəməhsuldar əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyi qeydedilmiş, təcrübə mübadiləsi və qarşılıqlı hüquqi dəstək imkanlarımüzakirə edilib.
Səfər çərçivəsində nümayəndə heyəti ilə Bəhreyn KrallığınınƏdliyyə, İslam işləri və Vəqf naziri Navaf Mohamed Al Maavdaarasında da ikitərəfli görüş keçirilib.
Görüşdə ölkələr arasında müxtəlif sahələrdə, o cümlədənhüquq-mühafizə orqanları arasında əlaqələrdən məmnunluq ifadəolunub, qurumlar arasında əməkdaşlığın hüquqi bazasınıngenişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin səfər çərçivəsində nümayəndə heyəti Bəhreyn Krallığınınmədəni-tarixi abidələrini ziyarət edərək ölkə mədəniyyəti iləyaxından tanış olub.
Nümayəndə heyətinin səfəri başa çatıb.