AZ

® Unibank”ın 0 faiz komissiyalı, 2 faiz endirimli kredit kampaniyası davam edir

Əgər müxtəlif banklarda olan kreditlərinizi bir ünvanda, həm də daha aşağı faizlə və komissiyasız birləşdirmək istəyirsinizsə, “Unibank”ın kampaniyası sizə bu imkanı yaradır. Kampaniya çərçivəsində kreditlərinizi 0 faiz komissiya ilə “Unibank”a köçürməklə yanaşı, illik faiz dərəcəsinə 2 faiz endirim əldə edə bilərsiniz.

“Digər banklardakı kreditini Unibanka gətir” kampaniyasının bitməsinə sayılı günlər qalıb. Yanvarın sonunadək bu fürsətdən istifadə edə bilərsiniz. İllik 9,5 faizdən başlayan nağd kreditlər 60 ayadək müddətə verilir. Kreditin maksimal məbləği 50 min manatdır.

Kampaniyanın üstünlükləri:

∙ 0 faiz komissiya;

∙ illik faiz dərəcəsinə 2 faiz endirim;

∙ illik 9.5 faizdən başlayan faizlə kredit;

∙ 50 min AZN-dək məbləğ;

∙ zamin tələbi yoxdur;

∙ 60 ayadək ödəniş müddəti;

∙ sürətli və rahat rəsmiləşdirmə;

∙ müştərinin istəyinə görə kredit həyat sığortası.

Krediti banka gəlmədən sifariş etmək imkanı:

∙ “Kredit” sözünü SMS ilə 8117-yə göndərərək;

∙ Bankın saytından onlayn müraciət etməklə: https://unbk.az/nagdkredit.

“Unibank” – Sənin Bankın!

Seçilən
36
21
azertag.az

10Mənbələr