AZ

Serxio Ramos İspaniya klubunu almaq istəyir

İspaniya millisinin sabiq futbolçusu Serxio Ramos funksioner kimi fəaliyyətə başlamağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, 39 yaşlı müdafiəçi “Sevilya” klubunu almaq niyyətindədir. Ramos klubun əsas səhmdarları ilə ilkin razılıq əldə edib. “Sevilya”nın satış qiyməti 450 milyon avro olaraq müəyyənləşib.

Bu klubun yetirməsi olan Serxio Ramos bu klubun formasını 2004/2005 və 2023/2024 mövsümlərində geyinib.

O, son olaraq “Monterrey”də çıxış edib və hazırda azad agentdir.

Seçilən
52
idmanxeber.az

1Mənbələr