İnkişaf etmiş iqtisadiyyata malik olan Azərbaycan və İsrail regionlarımızda sabitliyin dayağıdır.
"Cebheinfo.az" xəbər verir ki, bunu xarici işlər naziri Gideon Saar azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşün yekunlarına dair bildirib.
"Əziz dostum, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova Bakıda göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm. İnkişaf etmiş iqtisadiyyata malik olan İsrail və Azərbaycan regionlarımızda sabitliyin dayağıdır. Bu gün məni müşayiət edən yüksək səviyyəli biznes-iqtisadi nümayəndə heyəti strateji və iqtisadi əlaqələrimizi gücləndirmək istəyimizin ifadəsidir. Həmkarımla Qüdsdə görüşməyi səbirsizliklə gözləyirəm", - o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Cebheinfo.az"