AZ

Azərbaycanda 30 manata satılan bu meyvə Türkiyədən 5 manata gətirilir

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ötən ilin ilk 11 ayında Azərbaycana Türkiyədən 2,01 ton keçibuynuzu ağacının meyvələri idxal olunub.

Yeniavaz.com xəbər verir ki, bu dövrdə idxal olunan keçibuynuzu ağacının meyvələrinin ümumi gömrük dəyəri 6 min 150 dollar təşkil edib.

Qeyd edək ki, idxal edilən keçibuynuzu ağacının meyvələrinin 1 kiloqramının orta gömrük dəyəri 3,1 dollar və ya 5,2 manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə keçibuynuzu ağacının meyvələrinin idxalı 2 dəfəyə yaxın artıb.

Onu da bildirək ki, keçibuynuzu ağacının meyvələrinin 1 kiloqramı Azərbaycandakı onlayn satış portallarında 30 manata təklif olunur.Elnur Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
50
yeniavaz.com

10Mənbələr