, Agentlik tərəfindən 2025-ci il ərzində əlilliyi olan 13 700 şəxs reabilitasiya və təminat xidmətləri ilə əhatə olunub. Bu kateqoriyadan olan şəxslərə ümumilikdə 111 700 reabilitasiya və yardım vasitəsi təqdim edilib. Eyni zamanda, 1 050 nəfər əlilliyi olan şəxs xüsusi layihələr çərçivəsində əlavə təminatla əhatə olunub.
Bildirilib ki, 2022-ci ildə bu sahədə 6 300 müraciət üzrə qiymətləndirmə aparılıb və 4 500 nəfər müvafiq təminatla təmin edilib. Təqdim olunan şəxslərin bir hissəsinə arxivləşdirilmiş və fərdi ehtiyaclara uyğun yardımçı vasitələr də verilib.
Qeyd olunub ki, 2024-cü il layihələri çərçivəsində 1 700 nəfər təminatla əhatə edilib, 2025-ci ildə isə bu göstəricinin 7 200 nəfərə çatdırılması təmin olunub. Ayrı-ayrı layihələr üzrə təqdimatların tam icra edildiyi, bəzi proqramlarda isə təminat səviyyəsinin 100 faizə çatdırıldığı vurğulanıb.