AZ

Agentlik sədri Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Bakı, 24 yanvar, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı fevralın 6-da Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, qəbula Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab, Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala sakinləri yazıla bilərlər.

Qəbula Çağrı Mərkəzi (146-7) , [email protected] elektron poçtu və ya portal.edu.az vasitəsilə yazılmaq mümkündür. Qeydiyyat fevralın 4-ü saat 18:00-dək davam edəcək. Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.

 

Seçilən
31
2
azertag.az

3Mənbələr