AZ

"Vest Hem" ulduzunu 41 milyon avroya satdı

“Vest Hem” klubunun yarımmüdafiəçisi Lukas Paketa karyerasını yenidən Braziliya çempionatında davam etdirəcək.

90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumata görə, 28 yaşlı futbolçu “Flamenqo”ya transfer olunur. 

Mənbənin məlumatına görə, tərəflər arasında aparılan danışıqlar uğurla başa çatıb və transferin maliyyə detalları razılaşdırılıb. Paketanın keçidi Braziliya klubuna 41,2 milyon avroya başa gələcək.

Lukas Paketa 2022-ci ilin avqustundan “Vest Hem”in formasını geyinirdi. Onun London təmsilçisi ilə mövcud müqaviləsi 2026/2027 mövsümünün sonuna qədər qüvvədədir.

Cari mövsüm İngiltərə Premyer Liqasında Paketa 18 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
18
90deqiqe.az

1Mənbələr