AZ

Avropa Trampı "Nobel"ə layiq görmədi

Avropalılar ABŞ prezidenti Donald Trampın təbliğ etdiyi siyasətdən narazıdırlar.

Publika.az xəbər verir ki, "Politico" bununla bağlı aparılan sorğunun nəticələrinə istinadən məlumat yayıb.

Respondentlərin təxminən üçdə ikisi (63%) "ən yaxşı illərin geridə qaldığına" inanır və 77%-i ölkələrindəki həyatın "növbəti nəsil üçün daha da çətinləşəcəyini" gözləyir. Trampın "Nobel" mükafatına layiq olub-olmadığı soruşulduqda, 77%-i "xeyr" cavabını verib.

Qeyd edək ki, noyabr ayında keçirilən sorğuda 23 Aİ ölkəsindən 11.000-dən çox insan iştirak edib.

Qərbi və Mərkəzi Avropada 76 faiz insan ölkələrində demokratiyanın tənəzzülə uğradığını vurğulayıb.

Seçilən
29
50
publika.az

10Mənbələr