AZ

Hakan Fidan Türkiyənin Aİ-yə üzv olmayacağını açıqlayıb

“Avropa İttifaqı (Aİ) Türkiyəyə qarşı mövcud münasibətini dəyişməsə, Aİ-yə üzvlük mümkün görünmür”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Sky News Arabia”ya verdiyi müsahibədə deyib.

"Avropa İttifaqı Türkiyəyə qarşı mövcud kimlik siyasəti düşüncə tərzini davam etdirdiyi müddətcə, Türkiyənin Aİ üzvü olacağını düşünmürəm", - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Aİ millətlərarası bir quruma çevrilməkdə uğur qazansa da, sivilizasiyaları aşan bir quruluşa çevrilməyib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
25
missiya.az

1Mənbələr