Çin Seysmik Şəbəkə Mərkəzinə istinadən Reuters agentliyi Çinin qərbindəki Qansu əyalətində 5,5 bal gücündə zəlzələ baş verdiyini bildirib.
Mərkəzdən bildirilib ki, zəlzələ yerli vaxtla saat 14:56-da (Bakı vaxtı ilə saat 10:56) 10 km dərinlikdə baş verib.
Agentlik zəlzələnin baş verdiyi Tibet Yaylasının seysmik cəhətdən aktiv bölgə olduğunu və tez-tez təkanlardan əziyyət çəkdiyini bildirir.