AZ

Yaponiyada minlərlə insan Çinə gedən pandalarla vidalaşmaq üçün zooparka axın edib



Yaponiya ilə Çin arasında Tayvanla bağlı gərginlik davam etdikcə, Tokio ölkənin son iki pandasını Çinə qaytarmazdan əvvəl minlərlə ziyarətçi zooparka axın etdi.
Kyodo xəbər agentliyinin məlumatına görə, 2021-ci ildə Ueno Zooparkında anadan olan "Xiao Xiao" pandaları və onun bacısı "Lei Lei" sabah Çinə qaytarılır.
Tokio Böyükşəhər Hökumətinin məlumatına görə, son gün Ueno Zooparkında pandaları ziyarət etmək üçün onlayn müraciətlər mövcud 4400 kvotadan 24,6 dəfə çox olub.

"Xiao Xiao" və "Lei Lei"nin sabah Çinə göndəriləcəyi və 28 yanvarda onların müəssisəsinə çatacağı bildirilib. Pandaların geri qayıtması ilə Yaponiya 50 ildən artıq müddətdə ilk dəfə pandasız qalacaq.

Çin ilk dəfə 1972-ci ildə Yaponiya ilə ikitərəfli münasibətlərin normallaşmasını qeyd etmək üçün Tokiodakı Ueno Zooparkına pandalar hədiyyə edib.

Yaponiya və Çin arasında dostluğun simvolu kimi qəbul edilən yeni pandaların göndərilməsi ilə bağlı gözləntilər, Yaponiya Baş naziri Takaiçi Sananın Tayvanla bağlı açıqlamalarından sonra iki ölkə arasındakı münasibətlərdə yaranan gərginlik səbəbindən qeyri-müəyyən olaraq qalır.


Yaponiya Baş naziri Takaiçi Sanaenin 7 noyabr 2025-ci ildə Yaponiya Parlamentinin (Diet) iclasında Yaponiyanın Tayvan boğazına hər hansı bir müdaxiləni "mövcudluğuna təhdid" hesab edəcəyi və hərbi güc tətbiq edə biləcəyi barədə verdiyi açıqlama, bölgəni öz ərazisinin bir hissəsi hesab edən Çinin reaksiyasına səbəb oldu.


aia.az
Tərcümə şöbəsi



Seçilən
18
aia.az

1Mənbələr