AZ

Məşhur universitet də dondu

Lomonosov adına Moskva Dövlət Universitetinin əsas binası donub.

Publika.az xəbər verir ki, bu barədə "Odlu Moskva" "Telegram" kanalı məlumat yayıb.

Şahidlərin kanala göndərdiyi görüntülərdən məlum olur ki, universitetin Lenin təpələrində yerləşən əsas binasının qülləsi buzla örtülüb. Üstü ağarıb. Paytaxtda belə bir fenomen uzun müddətdir müşahidə olunmayıb. Hazırda metropolitendə temperatur mənfi 13 dərəcəyə çatır.

Xatırladaq ki, yanvarın 23-də Moskvadakı Ostankino televiziya qülləsi donmuşdu. Dərc olunmuş fotoşəkildə qüllənin buz və qarla örtüldüyü görünürdü. O zaman paytaxtda -10,2 dərəcə şaxta olub.

Seçilən
62
14
publika.az

10Mənbələr