AZ

Zülmətə bürünən Kiyev - 600 min nəfər şəhəri TƏRK EDİB?

Kiyevdə yaranmış enerji böhranı nəticəsində Ukraynanın paytaxtını təxminən 500–600 min sakin tərk edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Gələcək İnstitutunun enerji üzrə eksperti Stanislav İqnatyev “Novosti.Live” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, əhalinin kütləvi şəkildə şəhərdən köçməsi kommunal xidmətlərin işini də çətinləşdirib.

“Bu səbəbdən kommunal xidmət əməkdaşlarının fövqəladə təmir işləri aparmaq üçün bağlı mənzillərə daxil olması çətinləşir”, — deyə ekspert əlavə edib.

Daha əvvəl Ukraynanın daxili işlər naziri İqor Klimenko da Kiyevdəki enerji vəziyyəti ilə bağlı açıqlama verərək, mövcud durumun son dərəcə ağır olduğunu bildirib.

Seçilən
25
ikisahil.az

1Mənbələr