AZ

Qubada yol-nəqliyyat hadisəsi - 55 yaşlı kişi xəsarət aldı

Qubada 55 yaşlı kişi xəsarətlər alıb 

"İki sahil"in Şimal bürosundan verilən məlumata görə, Quba şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Quba Rayon Mərkəzi Xəstəxanasının məlumatında bildirilib ki, "25.01.2026-cı il tarixində saat 15:30 radələrində Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1970-ci il və təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, baş beyinin əzilməsi diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən  pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir."

Aydın Adıgözəlov, Quba,
"İki sahil"in Şimal bürosu

Seçilən
14
ikisahil.az

1Mənbələr