AZ

Azərbaycan şirkətləri Belarus Universal Əmtəə Birjasında əməliyyatların dəyəri baxımından dördüncü yerdədir

2025-ci ildə Azərbaycan şirkətləri Belarus Universal Əmtəə Birjasında (BUƏE) akkreditə olunmuş bütün qeyri-rezident iştirakçılar arasında əməliyyat dəyəri baxımından dördüncü yeri tutublar. Bu barədə Birjanın Xarici İqtisadi Fəaliyyət Departamentinin rəhbəri Yaroslav Kovalçuk məlumat verib.

Onun sözlərinə görə, bunu Belarus və Azərbaycan arasında birja ticarət dövriyyəsinin 95 faizini təşkil edən Belarus taxta materiallarının müntəzəm alışı, qalan 5 faizini isə kənd təsərrüfatı məhsullarının tədarükü təmin edib.

"Müqayisə üçün, 2024-cü ildə kənd təsərrüfatı sektorunun payı cəmi 1 faiz olub. Buna görə də Belarus-Azərbaycan birja ticarətinin əmtəə strukturunun şaxələndirilməsi ötən ilin əsas trendlərindən biri hesab edilə bilər və biz bu il onu daha da inkişaf etdirməyi planlaşdırırıq. Təbii ki, bu baxımdan biz Azərbaycan bazarında perspektivli sahələri müəyyən etməyə və onların potensialını açmağa kömək edəcək brokerlərin dəstəyinə ümid edirik", - Kovalçuk qeyd edib.

Seçilən
33
vergiler.az

1Mənbələr