AZ

Kurban Berdiyev türkmən hücumçunu bəyənmədi

Türkmənistanlı hücumçu Vaxıt Orazsaxedovun “Turan Tovuz”da baxışda olduğunu bildirmişdik. Təcrübəli forvard bir neçə gün Türkiyədə klubun düşərgəsində yer alıb.

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Kurban Berdiyev həmyerlisi ilə bağlı qərarını verib. Təcrübəli mütəxəssis onun yetərli olmadığını bildirib. 

Bu səbəbdən də hücumçu ilə müqavilə imzalanmayacaq. Ötən mövsümü ölkəsinin “Altın Asır” klubunda keçirən 33 yaşlı oyunçu hazırda klubsuzdur.

 

Seçilən
9
idmanxeber.az

1Mənbələr