Rusiya Global Firepower-in reytinqinə görə, dünyanın ən güclü ordularına malik ilk üç ölkəsindən biridir.
Herbiand.az bu barədə Rusiya mətbuatına istinadən bildirir.
İlk üçlüyə ABŞ başçılıq edir. Rusiya ordusu Çini geridə qoyaraq ikinci yeri tutub.
Reytinqdə 145 ölkənin orduları qiymətləndirilir. Burada şəxsi heyətin sayı, silahların hərəkətliliyi və müasirliyi, müdafiə büdcələri və sənaye potensialı da daxil olmaqla 60-dan çox amil nəzərə alınıb.
Ən güclü orduya malik ilk 10 ölkəyə Hindistan, Cənubi Koreya, Fransa, Yaponiya, Birləşmiş Krallıq, Türkiyə və İtaliya da daxildir.
Lakin açıqlanan reytinqə baxmayaraq, bir sıra hərbi ekspertlər, o cümlədən beynəlxalq ekspertlər reytinqi etibarlı hesab etmirlər. Çünki o, bir sıra vacib göstəriciləri nəzərə almır, hesablama və yerlərin müəyyən edilməsi isə qeyri-şəffafdır.
Bəxtiyar CƏFƏRLİ