AZ

YEDDİ MİN abonentin suyu kəsilir – Səbəb

Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisindən keçən magistral su xəttində baş vermiş qəza səbəbindən gün ərzində şəhərin bir sıra ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq.

NOCOMMENT.az -ın yerli bürosu xəbər verir ki, qəzanın aradan qaldırılması ilə bağlı aparılan təmir işləri səbəbindən saat 14:30-dan sonra 7 min abonentin su ilə təminatında məhdudiyyət olacaq.

Hazırda müvafiq qurumlar tərəfindən bərpa işləri həyata keçirilir. Abonentlərdən yaranmış narahatlığa anlayışla yanaşmaları xahiş olunur, göstərilən anlayışa görə təşəkkür edilir.

Seçilən
15
nocomment.az

1Mənbələr