AZ

Federasiya prezidenti yenidən klubu öz nəzarətinə götürdü

Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov yenidən «Araz-Naxçıvan»la əlaqələrini bərpa edib. Bir aydan artıqdır futbol sektoruyla maraqlanmağa vaxt tapmayan iş adamı yeni baş məşqçi Andrey Demçenko ilə görüşüb. O, ukraynalı çalışdırıcını öz tələbləriylə tanış eləyib. Bildirib ki, istəyi «ağ-qırmızılar»ı ötən yay olduğu kimi, yenə avrokuboklardagörməkdir. Axundov bu yolda komandaya hər cür dəstək verəcəyini söyləyib. 49 yaşlı mütəxəssis isə öz növbəsində medallar uğrunda sonadək mübarizə aparacaqlarını deyib. Demçenko yaxşı heyət formalaşdırıldığını, Premyer Liqada üçüncü-dördüncü yerlərdən birini tuta biləcəklərini vurğulayıb. Yanvarın əvvəlində Muxtar Respublika təmsilçisi ilə 5 ay+1 illik müqavilə imzalamış sükançı, sadəcə, zədəli oyunçuların çoxluğundan gileylənib, vəziyyəti dəyişmək üçün əlindən gələni etdiyini diqqətə çatdırıb.

SPORTİNFO.AZ

Seçilən
18
sportinfo.az

1Mənbələr